Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsində Data analitika üzrə aparıcı mütəxəssis vakansiyası mövcuddur.
Namizədə dair tələblər:
· Məlumatların keyfiyyətinin (Data Quality) monitorinqini aparmaq, problemləri müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
· Analitik düşünmə, məlumatlar əsasında nəticə çıxarmaq və detallara diqqət yetirmək;
· Microsoft Excel proqramında formullardan, funksiyalardan və pivot cədvəllərdən istifadə etməklə məlumatların təhlil etmək, hesabatlar hazırlanmaq və nəticələri vizuallaşdırılmaq;
· SQL və digər analitik alətlərdən istifadə edərək məlumatların təhlilini həyata keçirmək və qərarvermə prosesini dəstəkləmək;
· Struktur bölmələrlə səmərəli əməkdaşlıq və komanda ilə iş;
· Tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmək.
Təhsil:
İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, riyaziyyat, informasiya texnologiyaları, və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil (magistr üstünlükdür).
Əlavə məlumatlar:
Data Analitika sahəsində ən azı 3 il iş təcrübəsi;
Excel, SQL və Power BI üzrə praktik iş təcrübəsi;
Əmək haqqı müsahibə əsnasında namizədin bilik-bacarıqlarına uyğun müəyyənləşdiriləcəkdir.
İş vaxtı: Bazar ertəsi-Cümə, 09:00-18:00.
İş yeri: Fətəli Xan Xoyski 109.
Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərə geridönüş ediləcəkdir.
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üzrə nəzərdə tutulmuşdur.
Son müraciət tarixi: 27.11.2026