Bazarın liderlərindən biri olan “ParaBokt” ASC daxili auditor vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı bu sahədə görür və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik. Əsas vəzifələr: ·Audit fəaliyyətinin risk əsaslı illik planını hazırlamaq; ·ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək; ·Xərclərin səmərəliliyini qiymətləndirmək; ·Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq; ·ASC-nin fəaliyyətinin təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq; ·“Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək; Tələblər: ·Ali təhsil ·Minimum bank sahəsində iş təcrübəsi 1 il ·Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Daxili Auditor" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM: Edumap.az - Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM: @edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.