VMF KAFE – Direktor köməkçisi axtarılır!
VMF KAFE komandasına gündəlik idarəetmə və inzibati proseslərdə dəstək göstərəcək, məsuliyyətli, təşkilatçı və ünsiyyətcil direktor köməkçisi axtarırıq.
Şərtlər:
Əməkhaqqı: 600 AZN (net)
İş qrafiki: 6 günlük
Əsas vəzifələr:
Direktorun gündəlik işlərinin və tapşırıqlarının koordinasiyası;
Görüşlərin, iclasların və iş qrafikinin təşkili;
Daxil olan sənəd və məlumatların idarə edilməsi;
Müvafiq şöbələrlə operativ əlaqənin və koordinasiyanın təmin edilməsi;
Hesabatların və təqdimatların hazırlanmasına dəstək;
Rəhbərliyin tapşırıqlarının vaxtında icrasına nəzarət;
Gündəlik inzibati işlərin həyata keçirilməsi.
Namizədə tələblər:
Ali təhsil arzuolunandır;
Rus dilini bilmək mütləqdir;
MS Office proqramlarında işləmək bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
Müraciət:
CV-nizi e-mailin mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə [email protected] ünvanına göndərin.
Əlaqə: 050 257 80 36