Dizayn sahəsində karyera qurmaq istəyən gənclərin diqqətinə!

 

PreMark Media yaradıcılığa, öyrənməyə və inkişafa maraqlı gənclər üçün təcrübə proqramı elan edir. Dörd ay davam edəcək bu proqram, enerjili, məsuliyyətli və dizayn sahəsində peşəkar inkişaf hədəfləyən iştirakçılar üçün əsl fürsətdir.

 

 Təcrübə müddətində iştirakçılar:

 Əsas dizayn proqramlarında işləmək bacarığı;

 Foto redaktə, montaj və manipulyasiya texnikaları;

 Loqo və vektor qrafiklərinin yaradılması;

 Rəng nəzəriyyəsi və tipoqrafiya prinsipləri;

 və müasir trendlərə əsaslanan yaradıcı dizayn həllərinin hazırlanması kimi biliklərə yiyələnərək real layihələr üzərində portfolio formalaşdırmaq imkanı əldə edəcəklər.

 

Proqram aşağıdakı xüsusiyyətlərə sahib gənclər üçün nəzərdə tutulub:

 Öyrənməyə və inkişaf etməyə motivasiyalı;

 Kreativ və yenilikçi düşüncəyə malik;

 Kommunikasiya və dinləmə bacarıqları güclü;

 Komanda ruhuna uyğun, əməkdaşlığa açıq şəxslər. 

 Qeyd edək ki, təcrübəni uğurla tamamlayan gənclər PreMark Media-da işlə təmin olunmaq şansı və ya digər şirkətlərdə karyeralarına davam etmək üçün tövsiyə məktubu əldə edəcəklər.

 Təcrübə proqramında iştirak etmək istəyənlər 20 noyabr 2025-ci il tarixinədək öz CV və maraq məktublarını (müraciət edən şəxsin proqramda öyrənəcəklərinin gələcək kariyerasına təsiri barədə) [email protected] ünvanına göndərməlidirlər.

 

 Yalnız seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.