Vakansiya: Dizayner (UI/UX)
Prior BOKT komandası üçün kreativ düşüncəyə malik, məsuliyyətli və peşəkar UI/UX Dizayner axtarırıq.
Əsas vəzifələr:
Saytın dizaynının hazırlanması və davamlı dəstəklənməsi;
Dizayn brendbukunun yaradılması və inkişaf etdirilməsi;
Loqonun və onun variasiyalarının hazırlanması;
Zərurət yarandıqda dizaynla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
Portfolio (veb-dizayn və brendinq işlərinin nümunələri ilə) – mütləqdir;
Figma və Adobe Creative Suite proqramlarını bilmək;
UI/UX prinsiplərini və korporativ üslubun formalaşdırılmasını anlamaq;
Sərbəst və müəyyən vaxt çərçivəsində (son tarixlərə riayət etməklə) uzaqdan işləmək bacarığı
Detallara diqqət və peşəkar təqdimat bacarıqları;
Rus dili biliyi – mütləqdir
Üstünlük sayılır:
Fintech və ya bank layihələri sahəsində iş təcrübəsi;
Motion Design və ya baza animasiya bacarıqları.
İş şəraiti:
Məsafədən iş (yarımştat);
Çevik iş qrafiki;
Əməkhaqqı: 500 AZN / aylıq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini və portfoliolarını mövzu hissəsində "Dizayner" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

