Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına QƏBUL ELAN EDİR

 

Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.

 

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

 

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

• ərizə;

• anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

• tərcümeyi-hal;

• özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

• attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

• orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;

• yaşayış yerindən arayış;

• doğum haqqında şəhadətnamənin surəti;

• valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

• 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

 

Hərbi xidmətdə olmayanlar üçün –

• 2026-cı ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün –

• DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

 

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

 

Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.

Əlaqə nömrələri: 012 372 16 20 / 012 493 62 47

Sənədlər 2026-ci ilin aprel ayının 30-dək qəbul ediləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.