Dünyanın ən möhtəşəm texniki universitetlərindən olan Universiti Teknologi Petronasdan 100%-lik təqaüdlü təhsil imkanı

Universiti Teknologi Petronas, yaxud UTP dünyanın texniki universitet nəhəngləri sırasındadır. Malayziyanın Perak şəhərində yerləşən universitet 1997-ci ildə dünyanın ən nüfuzlu neft şirkətlərindən biri olan Petronas tərəfindən yaradılıb. Mühəndislik və texnologiya sahələrində ixtisaslaşmış universitet 400 hektarlıq ərazidə yerləşir və bu ərazidə 210.000 kitablıq kitabxanası, idman əraziləri, 164 tədris laboratoriyası, 50 araşdırma laboratoriyası, 2 tələbə şəhərciyi və on-campus xəstəxanası var. Yəni universitet tam bir kiçik şəhər kimi fəaliyyət göstərir.

UTP 63 ixtisasla foundation, bakalavr, magistr və doktorantura təhsili təmin edir və universitetdə dünyanın 51 müxtəlif ölkəsindən tələbələr təhsil alırlar. Universitetin 26000-ə yaxın məzunu dünyanın məşhur şirkətlərində çalışır.
UTP 2026-cı il “QS” Beynəlxalq reytinqində 251-ci ən yaxşı universitet, 2025-ci il “THE” indeksində isə 250-ci ən yaxşı universitet olaraq tanınıb.
Universitetin əsas özəlliklərindən biri də praktiki və müasir əmək bazarı tələblərinə uyğun tədris proqramlarının olmasıdır. Məhz bunun sayəsində kimya mühəndisliyi, kompyuter elmləri və mühəndisliyi, elektrik mühəndisliyi, neft və ofşor mühəndisliyi, inşaat mühəndisliyi ixtisaslarını bitirən tələbələrin işədüzəlmə əmsalı 90%-in üzərindədir. Universitetin ən müasir qaydada təchiz olunmuş laboratoriyaları bilik və bacarıqları nəzəri deyil, praktiki öyrənməyi təmin edir. Bütün dünyada 400-dən çox tərəfdaşı olan universitetin tələbələri son təhsil pillələrini məhz bu şirkətlərdə əyani təcrübə keçərək başa vururlar.
İndi isə ən məlumatın ən yaxşı hissəsinə keçirik. Belə bir möhtəşəm universitetdə 100%-li təqaüdlə təhsil almaq mümkündür və universitetdə təhsil üçün uçuş bileti, yataqxana, yemək xərcləri və təhsil haqqı Azərbaycan dövlət xaricdə təhsil proqramı tərəfindən qarşılanır. Qeyd edək ki, UTP dövlət təqaüd proqramına düşən 7 Malayziya universitetindən biridir.
Dünyanın ən təhlükəsiz 10-cu ölkəsi olan Malayziyada 160-dan çox ölkədən 130,000 tələbə təhsil alır. Malayziyada təhsili ilə biz 3 sözlə ifadə edirik- keyfiyyət, güvən və əlçatanlılıq!
UTP və Malayziyada təhsillə, eyni zamanda doğru ixtisas və universitet seçimləri ilə bağlı pulsuz və ətraflı konsultasiya üçün bizə müraciət edə bilərsiniz:
Lingva Language School (www.lingvaschool.com)
+99451 897 4848 (zəng)
+99451 830 5353 (whats app)