Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün oktyabrın 9-da, saat 19:00-da "Düzgün bazar seqmentasiyası və ideyadan biznesə” mövzusunda növbəti onlayn təlim keçiriləcək. Təlimdə Gəncə KOBİM-in təlimçi-eksperti Elvin Hüseynov tərəfindən aşağıdakı mövzulardan danışılacaq: • Bazar araşdırılmasını ilkin mexanizmləri • Bazar seqmentasiyasının tətbiqi • Müştəri bazasının müəyyən edilməsi • Biznes planların hazır edilməsi • Rəqabətli bazar davranışı üçün strategiya və taktikalar hazırlanması • Marketinq və satış siyasətinin hazırlanması • Biznes müh
itlərinin təhlili • Maliyyə hesabatlarının hazırlanması • Risklər və təhlükələrin müəyyən edilməsi haqqında məlumat veriləcək, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Onlayn təlimdə iştirak etmək üçün (+99477) 255 69 00 nömrəsi ilə əlaqə saxlaya və ya[email protected]elektron poçt ünvanına müraciət edə bilərsiniz. Aşağıdakı linkə daxil olmaqla onlayn təlimdə iştirak etmək mümkündür: https://lnkd.in/dzCBXtzH İdentifikasiya kodu: 829 1720 7378 Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.