DVC təlimçilər üçün təlimlərə start verir!
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və "Təlimçilik Akademiyası - TOT Academy" birgə əməkdaşlığı ilə peşəkar təlimçi olmaq istəyənlər üçün təlim kursuna (TOT) qeydiyyat başladı.
Kursun əsas məqsədi:
peşəkar təlimçilərin hazırlanması;
iştirakçıları təlim prosesinin idarə edilməsi;
təlimçilik sahəsində mövcud olan təcrübələr ilə tanış etmək;
təqdimat, ünsiyyət, natiqlik bacarıqlarını inkişaf etdirmək;
bu sahədə peşəkar bilik və bacarıqlara yiyələndirmək.
İyul-avqust aylarında keçiriləcək kursu uğurla başa çatdıran təlimçilər sertifikat əldə edəcək.
Müraciət üçün: telimchi.dvc.az
Son qeydiyyat tarixi: 19.07.2021