Amazon Baku School “E-ticarət meneceri” sahəsi üzrə 2 Aylıq Ödənişli Təcrübə Proqramını açıq elan edir!
Əgər siz də e-ticarət sahəsində praktiki biliklər əldə etmək və real iş mühitində təcrübə qazanmaq istəyirsinizsə, müraciət edə bilərsiniz.
Ödənişli (Maaşlı) E-ticarət meneceri Təcrübə proqramı üçün tələblər:
Təhsil: Orta və ya Ali təhsil
İngilis və rus dillərində normal səviyyədə yazı bacarığı olanlara üstünlük verilir
Microsoft Office proqramlarını orta səviyyədə bilməlidir
E-ticarət platformalarına (Amazon, Shopify və s.) maraqlı olmalıdır
İnkişafa yönümlü olmalıdır
Səbirli, öyrənməyə həvəsli, məsuliyyətli, pozitiv olmalıdır
İş saatı: 10:00–18:00
Hazırda tələbə olan şəxslər üçün uyğun deyil, təəssüf ki.
Biz sizə təklif edirik:
Karyera inkişafı və sonda işlə təmin olunma imkanı
5 günlük iş rejimi
E-ticarət meneceri sahəsi üzrə praktiki təcrübə və biliklərin əldə olunması
Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
Ödənişli (Maaşlı) təcrübə proqramından faydalanma imkanı
Ödənişsiz yerli və beynəlxalq praktiki təlimlər
“E-ticarət meneceri” sahəsi üzrə Maaşlı Təcrübə Proqramında namizədə aylıq 100 AZN ödəniş ediləcək.
Təcrübə proqramının sonunda namizəd işlə təmin olunacaq.
“E-ticarət meneceri” sahəsi üzrə Ödənişli Təcrübə Proqramına müraciətlər seçim əsasında aparılır.
Müraciət üçün istək məktubu və CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
İstək məktubu olmayan CV-lərə baxılmayacaq, təəssüf ki.