"Ecoguard" ekoloji maarifləndirmə düşərgəsi 

''Ədliyyə Könüllüləri'' ictimai birliyi Ədliyyə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, "Coca-Cola Azerbaijan" MMC və "Gənc könüllülər" ictimai birliyi ilə birgə gənclərin ekoloji biliklərini artırmaq, təbiətin qorunması mövzusunda düzgün vərdişlər formalaşdırmaq və ekoloji maarifləndirməni dəstəkləmək məqsədilə “Ecoguard" ekoloji maarifləndirmə düşərgəsinə start verir.

 15–19 sentyabr

 Xaçmaz rayonu, Nabran qəsəbəsi

Beş gün ərzində iştirakçıları bunlar gözləyir:

Ekoloji mövzuda interaktiv təlimlər

Qrup və komanda işləri

Praktik fəaliyyətlər və təbiət qoruma aksiyaları

Əyləncəli oyunlar və sosial proqramlar

Bu layihə gənclərin həm ekoloji mövzuda biliklərini artıracaq, həm də komanda ruhunu və sosial bacarıqlarını gücləndirəcək.

 Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/TALZpB8jiJdQQxxq9

Son qeydiyyat tarixi: 6 sentyabr 23:59

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.