Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Əczaçı vəzifəsi üzrə vakansiya elan edir.
Əməkhaqqı
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.
Tələblər
• Orta ixtisas və ya ali əczaçılıq təhsili
• Müvafiq sertifikat və ya ixtisas sənədi
• Azərbaycan dilində səlis ünsiyyət bacarığı
• Ünsiyyətcil və məsuliyyətli olmaq
• Nizam-intizamlı və etik davranış qaydalarına əməl etmək
Vəzifələr
• Dərman vasitələrinin hazırlanması və təqdim edilməsi
• Dərmanların düzgün saxlanmasına nəzarət
• Sənədlərin və qeydiyyatın aparılması
• Rəhbərliyin tapşırıqlarının icrası
Müraciət qaydası
CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.
Mövzu: Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası – Əczaçı