E-imtahanlar və müsahibələrin təşkili departamenti     

 

Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi           

məsləhətçi vəzifəsi üzrə vakansiya

 

Əmək funksiyaları

·        Verilmiş tapşırıqlara əsasən proqram kodlarının yazılması və sınaqdan keçirilməsi (C#, JS modulları);

·        Test zallarının İKT avadanlıqlarının gündəlik yoxlanılması və kiçik nasazlıqların aradan qaldırılması;

·       Elektron imtahan sistemində istifadəçi müraciətlərinin emalı və logların izlənməsi;

·        Məlumat bazalarında sadə SQL sorğularının icrası və data yoxlanılması;

·        Daxili proqram təminatlarının sınaq mərhələsində iştirak etmək;

·        Rəqəmsal hesabatların hazırlanmasına dəstək göstərmək;

·        Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

·        Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.

 

Tələb olunan bilik və bacarıqlar 

·        Ali təhsil: Təbiət və texniki ixtisas qrupu üzrə;

·        Staj tələb olunmur (müvafiq sahədə təcrübə arzuolunandır);

·        MS Visual Studio.Net,C#,  MS SQL Server, MySQL (yaxşı səviyyədə);

·        Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili minimum B1;

·       Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, güclü ünsiyyət, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.

 

Müraciət qaydası

Namizədlər 15 may 2026-cı il tarixinədək  linkinə daxil olaraq “elektron imtahan-məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.