"Elm və İnnovasiya" Proqramının İdarə Heyətinə Qəbul Başladı!

 

Əziz gənclər, elmin və innovasiyanın inkişafında sadəcə iştirakçı deyil, həm də təşkilatçı və lider olmaq istəyirsinizsə, bu fürsət sizin üçündür! "Elm və İnnovasiya" proqramı yeni və daha böyük layihələri birlikdə icra etmək üçün öz aktiv, məsuliyyətli və yaradıcı komanda yoldaşlarını axtarır.

 

 Hansı istiqamətlər üzrə komandamıza qoşula bilərsiniz?

 Layihələrin idarə edilməsi və planlaşdırma

 Təşkilati işlər və tədbir idarəetməsi

 İctimaiyyətlə əlaqələr, SMM və Dizayn

 İnsan resursları və iştirakçılarla iş

 

 MÜHÜM ŞƏRT: Seçim mərhələsi kifayət qədər ciddidir. Bizə şablon, pafoslu və "Süni İntellekt" (ChatGPT, Gemini və s.) tərəfindən yazılmış cümlələr deyil, sizin real düşüncələriniz, böhran anında qərarvermə bacarığınız və səmimi ideyalarınız lazımdır. AI ilə yazılmış müraciətlər xüsusi sistemlə yoxlanılaraq avtomatik rədd ediləcək!

 

Özünə güvənirsənsə və komandanın bir parçası olmaq istəyirsənsə, elə indi müraciət et:

 Qeydiyyat linki: https://forms.gle/zizUB5mSaDPQ4guP6

 Son müraciət tarixi:10.06.2026

 

Birlikdə daha böyük uğurlara imza atmaq diləyi ilə!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.