IV "Maarifçi" Tələbə-Məzun Təcrübə Proqramına qeydiyyat başlayır

 

Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının IV mərhələsinə müraciət qəbulu başlayır.

 

 “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram:

* bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri,

* magistratura tələbələri,

* son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulub.

 

 4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar:

• Elm və Təhsil Nazirliyinin struktur bölmələrində,

• nazirliyə tabe qurumlarda,

• regional təhsil idarələrində,

• Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.

 

Proqramın məqsədi gənclərin nəzəri biliklərini praktikada tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və iş təcrübəsi əldə etməsinə dəstək olmaqdır.

 

Qeyd edək ki, 2024–2025-ci illərdə proqram çərçivəsində 102 gənc məzun olub, onlardan 50 nəfəri artıq Elm və Təhsil Nazirliyi və tabe qurumlarda işlə təmin olunub.

Son qeydiyyat tarixi 31 martdır.

 Müraciət etmək üçün: https://anket.edu.az/user/309 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.