Əmək haqqı və Mükafatlandırma şöbəsinə təcrübəçi axtarırıq!
İnsan resursları sahəsində inkişaf etmək istəyən namizədlər müraciət edə bilər.
Sahə üzrə kurslarda iştirak etmiş,excel üzrə ilkin biliklərə sahib olan namizədlərə üstünlük veriləcək.Təcrübə müddəti ödənişlidir (Maaşlıdır).
Vəzifə öhdəlikləri
• Giriş-çıxış məlumatlarını yoxlamaq, gecikmə və işə gəlməmə hallarını təhlil etmək;
• Aylıq tabelin hazırlanmasında və yoxlanmasında kömək etmək, iş qrafikləri ilə uyğunluğu izləmək;
• HR və əməkhaqqı sistemi üzərində işləmək, yeni funksiyalar üçün ideya və tələblər hazırlamaq, yenilikləri test etmək, xətaları tapıb qeyd etmək;
• Excel fayllarını hazırlamaq, yoxlamaq və sistemə idxal etmək, istifadəçilərə dəstək olmaq
Müraciət etmək istəyən namizədlər 16.11.2026 tarixinədək [email protected] mail ünvanına CV-lərini göndərə bilərlər.Yalnız CV-si uyğun görülmüş namizədlərə dönüş ediləcək