Azərbaycan Supermarket MMC "Əmək Münasibətləri üzrə Menecer" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Əmək münasibətləri və intizam siyasəti və prosedurlarını hazırlamaq, tətbiq etmək və davamlı olaraq təkmilləşdirmək.
• Şirkət siyasətlərinə və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edərək, intizam işlərinin idarə edilməsi və kommunikasiyasına nəzarət etmək.
• Menecerlərə və işçilərə intizam və əmək münasibətləri məsələləri üzrə rəhbərlik və dəstək vermək
• İşçilərlə müntəzəm ünsiyyət kanalları qurmaq, onların rəy və narahatlıqlarını fəal şəkildə dinləmək və müvafiq tədbirlər görmək.
• İntizam prosedurlarının və daxili qaydaların tətbiq olunan əmək qanunvericiliyinə və şirkət siyasətlərinə uyğun olmasını təmin etmək.
• Qanunvericilikdəki dəyişiklikləri izləmək və müvafiq siyasət və prosedurların buna uyğun yenilənməsini təmin etmək.
• Əmək münasibətləri prosesləri boyu müvafiq sənədləşməni və məxfiliyi qorumaq.
• Trendləri və potensial riskləri müəyyən etmək, rəhbərliyə qabaqlayıcı tədbirlər tövsiyə etmə
• Əmək münasibətləri və intizam məsələlərinə cavabdeh olan komandaya rəhbərlik etmək və onları inkişaf etdirmək.
• Prioritetləri müəyyən etmək, iş performansına nəzarət etmək və komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək.
• Əmək münasibətləri və intizam məsələləri üzrə rəhbərliyə mütəmadi hesabatlar, təhlillər və tövsiyələr hazırlayıb təqdim etmək.
Namizədə Olan Tələblər:
• İnsan Resursları, Biznesin İdarə Edilməsi, Hüquq, Psixologiya və ya əlaqədar sahədə bakalavr dərəcəsi.
• Əmək münasibətləri, HR, əmək hüququ və ya oxşar sahədə 5+ il iş təcrübəs
• Mürəkkəb əmək münasibətləri işlərinin aparılması, araşdırmalar, şikayətlər və iş yeri münaqişələrinin həlli üzrə sübut edilmiş təcrübə.
• Azərbaycan və ingilis dillərində səlis danışıq qabiliyyəti; rus dilini bilmək üstünlükdür.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək Münasibətləri üzrə Menecer” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.