"Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis" vakansiyası

 

Vəzifə Öhdəlikləri:

• İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;

• Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;

• Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;

• Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;

• İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.

 

Tələb Olunan Bilik və Bacarıqlar:

• Ali təhsil (Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində)

• Əmək haqqı hesablanması üzrə minimum 1-3 il iş təcrübəsi

• Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər

• Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;

• 1C proqramı bilikləri

 

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.