DHL – “Əməliyyat şöbəsi üzrə operator” vakansiyası
Vəzifə: Əməliyyat şöbəsi üzrə operator
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/7
Əmək haqqı: 850 AZN
Vəzifə öhdəlikləri:
• Yüklərin və poçtun anbara qəbulu, saxlanılması və təhvil verilməsinin təmin edilməsi;
• İdxal anbarına yüklərin təhvil alınması;
• Yüklərin xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin təşkili;
• “Anbar” proqramı vasitəsilə yüklərin qeydiyyatının aparılması;
• Yükün qəbulu zamanı manifestlə faktiki göstəricilərin tutuşdurulması;
• Yüklərin qablaşdırılmasına nəzarət edilməsi;
• Yükdaşıyan nəqliyyat vasitələrinin və mexanizmlərin anbarda düzgün yerləşdirilməsinə nəzarət;
• Xüsusi avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət;
• Sənədləşmə çatışmazlığı, çəki və yer uyğunsuzluğu, qablaşdırma zədələnməsi hallarında aktların tərtibində iştirak;
• Təhlükəli yüklərin qəbulu zamanı müvafiq qurumların prosesə cəlb edilməsi;
• Təhlükəli yüklərin xüsusi şəraitli anbarlarda saxlanılmasına nəzarət;
• Çatdırılmamış yüklərin idxal anbarına qəbulu və gündəlik qeydiyyatı;
• İdxal və gömrük anbarında saxlanılan yüklər üzrə gündəlik məlumatların yenilənməsi;
• Gömrük anbarından çıxarılan yüklərin sistemdə qeydiyyatı;
• Qəbul edilmiş yüklər barədə Müştəri Xidmətləri şöbəsinə məlumat verilməsi.
Namizədə tələblər:
• Bəy namizəd;
• Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
• MS Office (Word, Excel, PowerPoint) bilikləri;
• Ali təhsil;
• Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
• Kompüterdə sərbəst işləmə bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected]
elektron ünvanına, mövzu hissəsində “Əməliyyat şöbəsi üzrə operator” qeyd etməklə göndərə bilərlər.