Əməliyyatçı (Sumqayıt filialı) vakansiyası
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Sumqayıt şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Ən azı 1 il bank təcrübəsi (müştəri xidmətləri sahəsində);
Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dili biliyi üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Ünsiyyət, analitik düşünmə və problem həll etmə bacarığı;
Komandada və müstəqil işləmə, təşəbbüskarlıq və etik davranış keyfiyyətləri.
İŞİN TƏSVİRİ:
Müştərilərə bank məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi.
Müştəri hesablarının açılması, əməliyyatların icrası və müxtəlif bank xidmətləri üzrə müraciətlərin cavablandırılması.
Pul köçürmə əməliyyatlarının düzgün icrası və gündəlik əməliyyatların uçotunun aparılması.
Qanunvericiliyə və bankın daxili qaydalarına riayət edilməsi, məxfilik və AML tələblərinə əməl olunması.
Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində təşəbbüskarlıq göstərilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı (Sumqayıt filialı)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.