Azərbaycan Respublikasının Gənclər Fondu, KOB Azərbaycan / SMB Azerbaijan, Azerbaijan Student Youth Organizations" Union, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai BirliyiEnactus Azerbaijanın birgə tərəfdaşlığı ilə “Enactus Regionlarda” layihəsi həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanın bölgələrinə səfərlər ediləcək, regionlarda yaşayan gənclərə sahibkarlıq bacarıqları aşılanaraq onların regionların inkişafına töhfə verməsinə zəmin yaratmağa çalışılacaq.
"Nizami ili" elan olunmuş 2021-ci ildə baş tutan ilk səfər Nizami Gəncəvinin diyarı olan Gəncədən başlayacaq. Əgər siz də Gəncə və ətrafındakı şəhərlərdə yaşayır, layihədən faydalanmaq istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat linki: https://cutt.ly/GnGjpyx

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.