Tamstore MMC “Əsas vəsaitlər üzrə mühasib” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
· Yük Gömrük Bəyannamələrinin əlavə xərclərlə mühasibat proqramına daxil etmək;
· Aylıq Təhtəl şəxslərlə olan hesablaşmalar üzrə hesabatların bağlanılması;
· Kapital Məsrəfləri (CAPEX) işlənilməsi;
· Əsas vəsaitlər üzrə kreditorlarla üzləşmə aparmaq;
· Sənədlərin yoxlanılıb ödənişə verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
· Analitik düşünmə və problemləri həll etmə bacarığı;
· İşində dəqiqlik;
· Məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil(Müvafiq sahə üzrə);
· Təcrübə 1-3il.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas vəsaitlər üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.