Vəzifə : “Əsas vəsaitlər üzrə mühasib”

 

Əsas vəzifə öhdəlikləri:

·       Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsi və müvafiq kodların təyin olunması;

·       Yük Gömrük Bəyannamələrinin əlavə xərclərlə birlikdə mühasibat proqramına daxil edilməsi;

·       Aylıq təhtəlşəxslərlə hesablaşmalar üzrə hesabatların bağlanılması;

·       Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması;

·       Əsas vəsaitlər üzrə kreditorlarla üzləşmələrin aparılması;

·       Sənədlərin yoxlanılması və ödənişə hazırlanması;

·       Əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması və uçotun aparılması;

·       Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

·       Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

·       Analitik düşünmə və problemləri həll etmə bacarığı;

·        İşində dəqiqlik;

·        Məsuliyyətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·       Ali təhsil(Müvafiq sahə üzrə);

·       Təcrübə 2-3il.

 

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Əsas vəsaitlər üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.