Etik dəyərlərə əsaslanan davranış və peşəkar münasibətlər – Ödənişli vebinar
Güclü strategiyası olan şirkətlər niyə bəzən uğursuz olur?
Araşdırmalara görə, işçilərin 62%-i etik dəyərlərə sadiq olan təşkilatlarda daha uzun müddət işləməyi üstün tutur. Digər bir fakt isə göstərir ki, etik prinsiplərə əsaslanan şirkətlərdə işçi məmnuniyyəti 40%-ə qədər artır.
Etik davranış yalnız şəxsi nüfuz deyil, həm də təşkilatın dayanıqlığı, işçi-müştəri münasibətlərinin möhkəmliyi və korporativ mədəniyyətin güclənməsidir.
Təlim insan resursları və kargüzarlıq sahəsində 15 ilə yaxın təcrübəyə malik peşəkar mütəxəssis Məlahət Məmmədovanın təqdimatında keçiriləcəkdir.
Bu vebinarda biz müzakirə edəcəyik:
Korporativ mədəniyyətin zəifliyi niyə ən yaxşı strategiyanı belə uğursuz edə bilər?
Dəyərlərdən uzaqlaşan liderlik təşkilatı hansı risklərə aparır?
Etik prinsiplərin peşəkar inkişafda rolu nədir?
Tarix: 20 sentyabr 2025
Saat: 11:00 – 13:00
Siz də bu vebinarda iştirak edərək, etik davranışın iş həyatındakı real gücünü kəşf edin!
Qeydiyyat linki: https://forms.gle/PQNYYxZCy6mwcT5Q6