"eTwinning" üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə start verilir
Noyabrın 25-dən "eTwinning" üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsi üzrə müraciətlərin qəbuluna start verilir. Müsabiqənin əsas məqsədi "eTwinning" layihəsi çərçivəsində ən azı 3 Avropa ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən layihələr ilə istənilən "eTwinning" müəllimi qoşula bilər:- Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır;
- Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;
- 3 Avropa ölkə müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır;
- Layihə milli kurikuluma əsaslanmalıdır;
- ��agird araşdırması layihə fəlaiyyətlərində və planlamasında yer almalıdır;
- İnformasiya Texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.