“Ex Africa semper aliquid novi”
YARAT Müasir İncəsənət Məkanı Afrika qitəsinin müxtəlif bölgələrindən on bir sayılıb-seçilən rəssamın əsərlərini bir araya gətirən genişmiqyaslı yeni qrup sərgisini təqdim edir.
Sərgi Afrikanın unikal, qeyri-adi incəsənət müxtəlifliyini, mədəni, siyasi və estetik narrativlərini araşdırır.
Sərgidə iştirak edən rəssamlar:
Abdulay Konate, Abdulrazaq Avofeso, Corc Osodi, Endrü Şabanqu, Meri Evans, Mohau Modisakenq, Nastio Moskito, Ndidi Dike, Okhay Oceykere, Paskal Martin Tayu, Yussef Limud və Fundaçao Bienal do Mercosul tərəfindən təqdim edilən “Nigeriya dilləri” audioinstalyasiyası.
Sərginin kuratoru: Alfons Huq
27 noyabr, 19:00
Rəssamlarla görüş: 18:00
YARAT Müasir İncəsənət Mərkəzi
Sərgi müddəti: 27.11.2025 – 05.04.2026
Giriş sərbəstdir

