Gəncə şəhərinde yerləşən “36.6 MED”MMC klinikasinda “Feldşer” vakansiyasi aktivdir:

 

Namizədə tələblər

- Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalıdır;

- Müvafiq vəzifədə iş təcrübəsi olması:

- Ünsiyyətçil və komandada çalışma bacarığına sahib olmalı;

- İngilis dili biliyi arzuolunandır;

- “Microsoft Office” kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür;

- Fiziki cəhətdən sağlam olmalı.

- İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;

- Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi, gələcəkdə onların qarşısının alması üzrə təkliflər verilməsi;

- İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman müşayiət edilməsi;

- Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, jurnala qeyd edilməsi;

- Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması;

- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;

- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması;

- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.

 

İş qrafiki:6 günlük

Ünvanı: Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 120B (36,6 MED)

 

Müraciət üçün [email protected] mail ünvanına “Feldşer” başlığı ilə CV göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.