“Meqa Həyat Sığorta” ASC Fərdi müştərilərlə iş şöbəsinə Satış üzrə mütəxəssis vakansiyasi üzrə yeni komanda üzvlərini dəvət edir.
İş barədə məlumat
Namizədə olan tələblər:
• Təhsil: Ali.
• Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
• İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübə arzuolunandır.
• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili biliyi arzuolunandır.
• MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı.
• Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
• Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması.
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
• Satış planının yerinə yetirilməsi və hesabatların təqdim olunması.
Əmək şəraitinin şərtləri:
• Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən sənədləşmə.
• Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
• İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi. (Cümə günü 17:00-dək).
• Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ. Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
İmtiyazlar:
• Karyera və peşəkar inkişaf üçün imkanlar
• Peşəkar komandada işləmək imkanı
• Tibbi sığorta təminatı
• Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.