İş haqqında məlumat:

FTP üzrə mütəxəssis layihə çərçivəsində inklüziv təhsilə cəlb olunmuş məktəblərə mütəmadi səfər edərək və onlayn şəkildə FTP-lərin tərtibində, tətbiqində və təkmilləşdirilməsində məktəb heyətinə və valideynlərə dəstək verəcək. Mütəxəssis, həmçinin korreksiyaedici pedaqoqlar üçün xüsusi təhsil sahəsində ixtisasartırma təlim proqramlarını hazırlayacaq və məktəblərarası təcrübə mübadiləsini təşkil edəcək.

Tələblər:

- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

- Müvafiq sahədə ali təhsil;

- Korreksiyaedici pedaqogika və xüsusi təhsil sahələrində səriştəlilik;

- Müvafiq sahədə təlimlərdə iştirak arzuolunandır;

- Təlimçi bacarıqlarının olması arzuolunandır;

- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;

- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;

- Microsoft Office proqramları ilə işləmə bacarığı;

- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;

- Hesabatlılıq;

- Ölkədə inklüziv təhsilin inkişafına maraq.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslər CV-lərini 13.07.2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Fərdi Təlim Planları (FTP) üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.

__________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.