Filial Meneceri (Xaçmaz) vakansiyası
Əsas vəzifə öhdəlikləri:
Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.
Namizəddən tələblər:
Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;;
Ali təhsil;
Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
Yaş həddi: 30–50 ;
Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
Əməkhaqqı: Razılaşma yolu ilə
Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.
Ünvan - Xaçmaz
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Xaçmaz filialı)” başlığı ilə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.