Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) “FireWall 2026” kibertəhlükəsizlik hakatonuna start verir!

 

Gənc istedadların aşkar edilməsi, praktiki bacarıqlarının inkişafı və kibertəhlükəsizlik sahəsində innovativ həllərin yaradılmasını dəstəkləmək məqsədilə təşkil olunan hakaton proqramçılar, gənc mütəxəssislər və texnologiya həvəskarları üçün biliklərini praktikada tətbiq etmək imkanı yaradır. 

 

İştirakçılar 24 saat ərzində real problemlərin həllinə yönəlmiş layihələrin ilkin işlək versiyalarını hazırlayacaqlar.

 

 Qalib gələn komandalar üçün mükafat təmin olunacaq:

 I yer – 4000 AZN

 II yer – 3000 AZN

 III yer – 2000 AZN

 

İdeyalarını reallaşdırmaq və kibertəhlükəsizlik sahəsində özünü sınamaq fürsətini qaçırma!

 

 Qeydiyyat: 13-30 noyabr.

 Qeydiyyat və əlavə məlumat üçün linkə keçid: “FireWall 2026”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.