Formula 1 Azerbaijan Grand Prix 2026 komandasının bir hissəsi olun – iTicket.AZ ilə!
Ölkənin ən möhtəşəm beynəlxalq tədbirlərindən birində çalışaraq unikal təcrübə qazanmaq istəyirsiniz?
iTicket.AZ, Formula 1 Azerbaijan Grand Prix 2026 çərçivəsində fəaliyyət göstərmək üçün müvəqqəti vakansiyalar üzrə işçi qəbulu elan edir.
Biz təklif edirik:
• ölkənin ən böyük beynəlxalq tədbirlərindən birində işləmək imkanı;
• rəqabətqabiliyyətli əməkhaqqı;
• tədbirlərin təşkili sahəsində dəyərli iş təcrübəsi;
• peşəkar və mehriban komandada çalışma imkanı;
• gələcək iTicket.AZ layihələrində iştirak etmək şansı.
Tələblər:
• məsuliyyətli və punktual olmaq;
• komandada işləmək bacarığı;
• stresə davamlılıq;
• tədbir müddətində növbəli iş qrafiki ilə işləməyə hazır olmaq;
• ingilis dili biliyi üstünlük hesab olunur.
Məşğulluq növü: Müvəqqəti (Layihə əsaslı)
Əgər Formula 1 Azerbaijan Grand Prix 2026 komandasının bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi [email protected] elektron ünvanına göndərin və iTicket.AZ komandasına qoşulun!

