Tamstore MMC “Full stack developer” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· C# və ASP.NET Core Web API texnologiyaları ilə backend hissənin hazırlanması;
· React.js framework-u ilə frontend interfeyslərin yaradılması;
· Verilənlər bazasının dizaynı və optimallaşdırılması (SQL və ya NoSQL);
· RESTful API-lərin hazırlanması və inteqrasiyası;
· Mövcud sistemlərin təkmilləşdirilməsi və problemlərin aradan qaldırılması;
· Komanda ilə birgə çalışaraq layihələrin vaxtında tamamlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
· C#, ASP.NET Core, Entity Framework, LINQ, Web API texnologiyalarında bilik və təcrübə;
· React.js, JavaScript/TypeScript, HTML5, CSS3, Bootstrap və ya Tailwind CSS üzrə bilik;
· Git/GitHub ilə işləmə bacarığı;
· Komanda şəklində işləmə və məsuliyyətlilik;
· Texniki sənədlərlə işləmə və problemləri analiz etmə qabiliyyəti
· Üstünlüklər:
· SQL Server, PostgreSQL və ya MongoDB bilikləri;
· DevOps, Docker və ya CI/CD prosesləri ilə təcrübə;
· İngilis dili biliyi (oxuma və texniki sənədlərlə işləmək üçün).
Tələb olunan təhsil, iş təcrübəsi:
· Minimum 1 il iş təcrübəsi (Full Stack və ya oxşar istiqamətdə);
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Full stack developer”yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.