Gələcəyin mühəndisləri axtarılır!

 

Texnologiya və innovasiyaya marağın varsa, real layihələrdə iştirak edib öz bacarıqlarını nümayiş etdirmək istəyirsənsə – bu proqram sənin üçündür! 

 

 Kimlər müraciət edə bilər?

 

-Maşın mühəndisliyi üzrə III və IV kurs tələbələri;

-Elektronika üzrə nəzəri və praktiki biliklərə sahib gənclər;

-Arduino (C, C++) və mikroprosessor əsaslı layihələrlə işləməyi bacaranlar;

-SolidWorks, AutoCAD, Tinkercad proqramlarında 3D modelləşdirənlər;

-Sxem hazırlamaq, montaj və nasazlıq diaqnostikasında bacarıqlı olanlar;

-Komandada işləməyi sevən və yaradıcı həllər tapmaqdan zövq alanlar;

-İngilis dili üzrə minimum B1 səviyyəsi olanlar.

 

 Səni nələr gözləyir?

 

-Real və innovativ layihələrdə iştirak;

-Praktiki bilik və təcrübə qazanmaq;

-Elektronika və maşın mühəndisliyini birləşdirən işlərdə özünü sınamaq;

-Peşəkar mentorların dəstəyi ilə inkişaf etmək;

-Yaradıcı potensialını nümayiş etdirmək;

-Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak imkanı.

 

 Müraciət etmək üçün CV-ni [email protected] elektron-poçt ünvanına göndər! (Mövzu yerində təcrübə proqramı yazılmayan müraciətlərə baxılmayacaq)

 

Son qeydiyyat tarixi: 15 sentyabr, 2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.