Gələcəyin Peşələri Sammiti əmək bazarının dəyişən trendləri, o cümlədən çağırışları barədə məlumatlılığı artırmaq, bu ekosistemin iştirakçılarını gələcəyin peşə və bacarıqları ilə tanış etmək və əmək bazarının yeni tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq və bütün bu prosesləri vahid platformada müzakirə etmək məqsədilə təşkil olunur.
Sammitdə həm yerli, həm də beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulub. Spikerlərin əsas məqsədi auditoriyanı aktiv iştirakçılığa təşviq etmək, məzmunlu təqdimatlar vasitəsilə tədbirin səmərəliliyini təmin etmək və məhsuldar müzakirələrin aparılması üçün şərait yaratmaqdır.
Sammit zamanı spikerlər iştirakçılarla birgə interaktivliyi təmin edərək, yerli vəziyyəti analiz edib, dünya tərcrübəsindəki uğurlu modelləri nəzərdən keçirib, sonda gələcəyə yönəlik təklif, ideya və həll yolları irəli sürəcəklər.
Əgər siz də dövlət və ya özəl sektorda insan resursları, karyera məsləhətçiliyi, kouçinq və inkişaf mentorluğu sahələrində çalışırsınızsa, yaxud da sahibkarsınızsa, qeydiyyatdan
keçə bilərsiniz.
Tədbirin tarixi: 11 noyabr 2026
Tədbirin keçiriləcəyi məkan: Gülüstan Sarayı
Tədbirin müddəti: 09:00 - 18:00
QEYD: Tədbirdə yalnız elektron poçt adresinə təsdiq mesajı gəlmiş və dəvət mesajını təsdiqləmiş şəxslərin iştirakı mümkün olacaq.