Gəlirlər üzrə mühasib vakansiyası
Əsas vəzifə öhdəlikləri:
· Məhsul, iş və xidmətlərdən əldə olunan gəlirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi (aylıq, rüblük, illik);
· Satış fakturalarının, qaimələrin və müqavilələrin yoxlanılması;
· Gəlirlərin müvafiq hesablara vaxtında və düzgün köçürülməsi;
· Müştərilərin debitor borclarının izlənməsi və uçotu;
· Gecikmiş ödənişlərlə bağlı müvafiq tədbirlərin görülməsi;
· Müştərilər ilə üzləşmə aktlarının / hesabatlarının hazırlanması;
· Hesabların müxabirləşməsinin nəzərdən keçirilməsi, səhvliklərin və uyğunsuzluqların aradan qaldırılması;
· Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
· Gündəlik e-qaimələrin tərtib edilib göndərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
· Operativ və məsuliyyətli iş yanaşması;
· Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı;
· Məntiqi və analitik düşünmə tərzi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
· Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gəlirlər üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.