“Gənc Hüquq Maarifçiləri” layihəsinə qeydiyyat başladı!
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin tərəfdaşlığı ilə 2026-cı ildə həyata keçirilən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibi Elvin İbrahimlinin “Gənc Hüquq Maarifçiləri” layihəsi hüquq tələbələrinin hüquqi maarifləndirmə və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
Layihə regionlarda yaşayan gənclər arasında hüquqi biliklərin artırılmasını, iştirakçıların hüquqi maarifləndirmə metodları, effektiv təqdimat və ünsiyyət bacarıqları üzrə hazırlanmasını hədəfləyir.
Layihə çərçivəsində iştirakçılar hazırlıq keçdikdən sonra seçilmiş gənclər regionlarda interaktiv hüquqi maarifləndirmə təlimləri həyata keçirəcəklər. Təlimlərdə əmək və təhsil hüququ, insan hüquqları, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, rəqəmsal təhlükəsizlik və kibercinayətkarlıqdan müdafiə kimi mövzulara toxunulacaq.
Son qeydiyyat tarixi: 24.10.2026, 23:59
Layihədə iştirak etmək istəyən 16-22 yaşlı “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr qeydiyyat linkindən müraciət edə bilərlər.