"Gənc müəllim - BİRincidir" layihəsi
“Gənc Müəllim - BİRincidir” layihəsinin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin peşə qabiliyyətlərini artırmaqdan ibarətdir. Layihə çərçivəsində tələbə-könülülər sinfin idarə olunması, dərsə hazırlıq, konstruktiv, təşkilatçılıq və kommunikativ komponentlərin formalaşması, şagirdlərin qorunması və İT inteqrasiya mövzularında təlimlərdən faydalana biləcəklər. Təlim modulları: - Fundamental müəllimlik təlimi nədir; - Müəllimin pedaqoji ustalığı; - Dərsə hazırlıq və şagirdin sinifə gətirdiyi şəxsi keyfiyyətlər; - İzahatın quruluşu - Sinfin idarə olunması; - Planlama; - Emosional intelekt; Siz də gələcəyin nümunəvi müəllimlərindən olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın və elə indicə qeydiyyatdan keçməyə tələsin: Tarix: 10 noyabr 2021-ci il tarixindən etibarən hər həftənin 3-cü günü Saat: 1-ci növbə: 10:00-13:00 2-ci növbə 14:00-17:00 Qeyd: 1. Təlim 7 moduldan ibarətdir. 2. Son kurs tələbələrin qeydiyyatdan keçməsi məqsədəuyğundur. 3. "Office" proqramlarından istifadə etmək bacarığının olması üstünlükdür 4. İngilis dili biliyinin olması üstünlükdür

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.