Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!
15 iyul 2021-ci il tarixindən etibarən “Mars Overseas Baku LTD” MMM-in (Pepsi Azerbaijan) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir.
Layihə çərçivəsində ilk öncə komandalardan sifarişlər qəbul edilmişdir. Daha sonra da Şamaxı şəhərində təlim-məşq seminarına start verilmişdir. Bu tədbir 2 gün davam edəcək. Tədbirdə ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərindən ibarət 16 komandanın 40 üzvü iştirak edəcəkdir.
Təlim-məşq seminarının əsas məqsədi gənc müəllimlərə futzal oyun qaydaları haqqında nəzəri və praktiki bilik və bacarıqlar aşılamaqdır. Daha sonra bu tədbirə qatılan gənc müəllimlər təlim-məşq seminarında əldə etdikləri yeni bilik və bacarıqları öz komanda yoldaşları ilə paylaşacaqlar.
18 avqustdan etibarən isə oyunlara start veriləcəkdir.
Yarışda 1-ci yeri tutan komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya idman forması, medal və diplom, 3-cü yeri tutmuş komandaya isə idman forması, medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir.
Bütün komandalara uğurlar diləyirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.