Gənclərin B2B Sahəsində İnkişafına Dəstək layihəsi başlayacaq.
Aprel ayının ilk iş günündən etibarən özüm üçün yeni bir təşəbbüsə start verirəm: hər ay 3 gəncin B2B satış sahəsində real iş təcrübəsi qazanaraq yetişdirilməsinə və gələcəkdə işlə təmin olunmasına dəstək olacağam.
Layihə çərçivəsində iştirak edən gənclər:
Ofisimiz Bayılda, iş saatı 09:00–18:00, həftənin 5 günü çalışacaq.
Korporativ müştərinin idarə edilməsi sahəsində real təcrübə əldə edəcək.
İllərlə topladığım praktiki bilik və təcrübədən faydalanacaq.
Xüsusi tələb yoxdur; üstünlük əsgərliyini yeni başa vurmuş və ya təhsilini yeni bitirmiş gənclərə veriləcək.
Layihədə iştirak etmək istəyən gənclər birbaşa mənimlə əlaqə saxlaya bilərlər.
Məqsədim, gənclərin B2B sahəsində sürətli inkişaf etməsinə və gələcək karyeralarına hazırlıqlı olmasına dəstək olmaqdır.
Gəlin birlikdə gələcəyin B2B liderlərini yetişdirək!
Mobile: +994 55 275 77 77
Email: [email protected]