Dəqiqlik, intizam və komanda ruhu bu dəfə də Hədəf12-də birləşir!
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf12” airsoft turniri keçiriləcək.
Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, məsuliyyət, dəqiqlik və komanda işi kimi dəyərlərin təşviq edilməsidir. Turnir iştirakçılara yalnız öz fiziki bacarıqlarını nümayiş etdirmək deyil, eyni zamanda strateji düşünmə, operativ qərarvermə və kollektiv fəaliyyət vərdişlərini inkişaf etdirmək imkanı yaradacaq.
Tarix: 20 iyun 2026-cı il, saat 11:00
Airsoft İdman Klubu
İştirak üçün qeydiyyatdan keçin: Link
Qeydiyyat üçün son tarix: 19.06.2026, saat 18:00