Sağlam Ailə klinikası Həkim-ekspertvakansiyası elan edir. Vəzifə öhdəlikləri: • Müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir. • Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür. • Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir. • Profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir. Tələblər: • Ali tibbi təhsil; • Azərbaycan Respublikasının Konstitusiyas�
�nı, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktlarını bilməli; • Sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli; • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi sosial ekspertizanın təşkilini bilməli; • Dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını bilməli; İş şəraiti: - İş günü: 6 gün; - Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək; - Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq“Həkim-ekspert” qeyd etməklə[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.