Sosial Xidmətlər Agentliyində "Həkim-psixiatr" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. 

 

 Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçtuna göndərərək müraciət edə bilərlər. 

 

 Email-in mövzu hissəsində "Həkim-psixiatr" qeyd etməyiniz xahiş olunur. 

 

Vakansiya barədə ətraflı məlumat 

Vəzifə öhdəlikləri:

-    Təxirəsalınmaz və təcili tibbi yardım göstərilməsi;

-     Mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin edilməsi və nəzarət edilməsi;

-     Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;

 -    Şəxslərin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyinin müəyyən edilməsi;

-   Orta və kiçik tibb heyətinin işinə nəzarət edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edilməsi;

-   Sanitar maarifləndirmə işinin aparılması;

 

  Tələblər:

 Ali təhsil (həkim-psixiatr)

 Məsuliyyətlilik

 Çeviklik

 İş yeri: Bakı, Gəncə

İş qrafiki: 6 günlük

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.