Vəzifə: Həkim - Terapevt İş yeri: Bakı, Sumqayıt, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Yevlax, Naftalan. İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi Təhsil: Ali tibb təhsili Yaş həddi: 27 - 50 yaş Vəzifə öhdəlikləri: - Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması; - Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi; - Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi; - Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisasıüzrə məsləhət yardımın göstərilməsi; - Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi; - Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi; - Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmə
si; - Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi; - Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi; - Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi; - Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması; - Müəyyən olunmuş qaydada sertifikasiyadan keçməsi; - Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi. Tələblər: -Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək; -MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı. Əmək haqqı: 1000 azn-dək Təminatlar: -İllik performans göstəricilərinə uyğun mükafat sistemi; -Kollektiv mükafat. İş qrafiki: 6 günlük – 09:00–16:00 Müraciət qaydaları:[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.