Hazırda Maliyyə və Mühasibatlıq departamenti üzrə "Hesabatlılıq üzrə təcrübəçi" vakansiyası çərçivəsində karyera imkanı mövcuddur. 

 

Hesabatlılıq üzrə təcrübəçi

Tələblər:

• Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil

• Müvafiq ERP sistemlərinin (1C, SAP və s.) iş prinsipləri haqqında fundamental biliklər

• İrəli səviyyədə MS Excel bilikləri

• Vergi qanunvericiliyi, Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartları (MHBS/IFRS) barədə fundamental nəzəri biliklər

• ACCA sertifikatının olması üstünlükdür

 

Vəzifə Öhdəlikləri :

• Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması prosesində komandaya yaxından kömək göstərilməsi;

• Hazırlanan hesabatların düzgünlüyünün yoxlanılmasında və vaxtında rəhbərliyə təqdim olunmasında iştirak edilməsi;

• Maliyyə məlumatlarının toplanması, sistemə (ERP/1C/Excel) daxil edilməsi və sənədlərin qaydalara uyğun arxivləşdirilməsi;

• Dövri hesabatların hazırlanması layihələrində dəstək göstərilməsi;

• Daxili və xarici audit prosesləri üçün tələb olunan sənədlər paketinin toplanması və hazırlanmasında iştirak edilməsi;

• Digər struktur bölmələrlə operativ məlumat mübadiləsinin aparılması və lazımi dataların vaxtında alınmasının izlənilməsi;

• Ay sonunda mühasibat uçotu tərəfindən icra olunan əməliyyatlar üzrə üzləşmələrin aparılmasına köməklik göstərilməsi;

 

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Hesabatlılıq üzrə təcrübəçi" qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.