Abşeron Logistika Mərkəzi "Hesabatlıq üzrə kiçik mütəxəssis" vakansiyası üzrə namizəd axtarışı edir.

 

ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Debitor hesabatın hazırlanması, yoxlanılması və göndərilməsi;

• Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq;

• Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi;

• Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar);

• Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması;

• Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.

 

NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);

• Maliyyə sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;

• Dil bilikləri: Azərbaycan və Rus dilləri; İngilis dili biliyi üstünlükdür;

• Komputer bilikləri: Yüksək səviyyədə Word, Excel, Outlook; Orta səviyyədə 1C bilikləri ;

• Yüksək kommunikasiya bacarığı

• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;

 

PEŞƏKARLIQ BACARIQLARI:

• Dəqiq və diqqətli,

• Ciddi və məsuliyyətli,

• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;

• Təhlil qabiliyyəti,

• Problem həll etmə bacarığı,

• Verilən tapşırıqları zamanında təhvil vermə,

• Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.

 

Son tarix: 2 Yanvar, 2026

 

Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Hesabatlıq üzrə kiçik mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.