“ AZERA HOLDİNG ” MMC tərkibindəki BMP klinikasına HR menecer vakansiyasını elan edir.

 

İş haqqında məlumat:

1. HR strategiyasının tibbi müəssisənin biznes planlarına uyğunlaşdırılması.

2. Daxili intizam qaydalarının, vəzifə təlimatlarının yazılması və yenilənməsi.

3. Tibbi heyətin (həkim, orta və kiçik tibbi heyət) əməyinin ödənilməsi və bonus sistemlərinin (məsələn: qəbul sayına və ya prosedurlara əsaslanan sistem) qurulması.

4. Spesifik sahə həkimlərinin (məsələn: radioloq, cərrah və s.) və dar ixtisaslı mütəxəssislərin tapılması üçün aktiv "headhunting" fəaliyyəti.

5. Yeni işə alınan tibbi heyətin klinikanın daxili prosedurlarına, sterilizasiya və xəstə məmnuniyyəti standartlarına uyğun adaptasiya proqramının icrası.

6. AR Əmək Məcəlləsi və "Əmək və Məşğulluq" (EMAS) altsistemi ilə tam işləmək.

7. Tibb işçilərinin Sertifikasiya sənədlərinin, xarici diplomların nostrifikasiyasının və iş icazələrinin vaxtında yoxlanılması.

8. Məzuniyyət qrafiklərinin və növbəli iş cədvəllərinin (həkimlərin növbətçilik sistemi) idarə olunması.

9. Tibbi heyət üçün "Xəstə ilə ünsiyyət", "Stressin idarə olunması" və "Tibbi Etika" mövzularında daxili təlimlərin təşkili.

10. Həkimlərin illik təkmilləşdirmə kursları və elmi konfranslarda iştirakının baş həkimlə birlikdə planlaşdırılması.

 

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya Psixologiya sahəsində ali təhsil (MBA və ya HR sertifikatları - SHRM, CIPD üstünlükdür).

• Azərbaycan və rus dilləri yüksək səviyyə, ingilis dili arzu olunandır

• HR sahəsində minimum 3-5 il, o cümlədən tibb və ya xidmət sektorunda minimum 2 il rəhbər təcrübəsi.

• AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək.

• Səhiyyə qanunvericiliyi (icbari tibbi sığorta, xəstəxanadaxili qaydalar) haqqında məlumatlılıq.

• Fonet və MS Office proqramlarından sərbəst işləmək bacarığı

• Yüksək emosional intellekt, böhran anında qərar vermə, konfliktlərin neytrallaşdırılması.

 

İş şərtləri:

ƏM-nə uyğun rəsmiləşdirilmə

6 günlük iş qrafiki

Əmək haqqı razılaşdırılma yolu ilə

  Müraciət üçün: CV-nizi “HR menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla [email protected] ünvanına göndərməyiniz xahiş olunur .

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.