Xəyallarını gerçəyə çevirmək istəyən gənclər üçün böyük fürsət! 

 

Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinə yenidən start veririk! 

Müsabiqə Azərbaycanda və xaricdə bakalavr, magistr və PhD təhsili alan və ya almaq istəyən şəxslər üçündür.

 

Seçiləcək 4 qalibin hər birinə 2500 AZN məbləğində təqaüd təqdim olunacaq.

 

Təqaüd üçün kimlər müraciət edə bilər?

 Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları

 Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər

 Yüksək akademik göstəricisi olanlar

 Ailə üzvlərinin gəliri adambaşına 600 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə)

 

Təqaüdə necə müraciət etmək olar?

Ərizələri “Huma Quşu” Fondunun saytından yükləmək mümkündür:

https://lnkd.in/eXpk87VE

 

 Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz:

 https://lnkd.in/eSDBR8dJ

 

Sualların cavablandırılması ilə yanaşı  [email protected] elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

 

1️ Ən yeni qiymət cədvəli

2️ Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

3️ Ailə tərkibi haqqında arayış

4️ Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait:

https://shorturl.at/ctXly

 

Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

Bütün sənədlər 1 elektron məktubda göndərilməlidir. Əgər hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq birlikdə göndərilməlidir. Əks təqdirdə müraciət qəbul edilməyəcək.

Sualların cavablandırılması zamanı AI alətlərindən (ChatGPT, Gemini, Copilot, Jasper AI və s.) istifadə olunmamalıdır.

Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.

E-ərizələrin son təqdimetmə tarixi: 15 iyun 2026-cı il

 

 Seçim mərhələləri:

▪️ Təqdim olunan sənədlərin müzakirəsi 

▪️ Müraciətlərin qiymətləndirilməsi

▪️ İntervü 

▪️ Qaliblərin elan olunması 

 

 Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləyə, müraciət prosesi barədə əlavə məlumat üçün  [email protected] ünvanına müraciət edə bilərsiniz. Müsabiqənin nəticələri iyul ayının sonlarında açıqlanacaq 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.