Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinə yenidən start verilir!
Müsabiqə Azərbaycanda və xaricdə bakalavr, magistr və PhD təhsili alan və ya almaq istəyən şəxslər üçündür.
Seçiləcək 6 qalibin hər birinə 2 500 AZN məbləğində təqaüd təqdim olunacaq.
Təqaüd üçün kimlər müraciət edə bilər?
Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;
Müraciət etdikləri vaxt 16–35 yaş aralığında olan şəxslər;
Yüksək akademik göstəricilərə malik olanlar;
Ailə üzvlərinin adambaşına düşən gəliri 600 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).
Təqaüdə necə müraciət etmək olar?
Ərizələri “Huma Quşu” Fondunun saytından yükləmək mümkündür:
Onlayn müraciət formatında cavabların saxlanılması üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz:
Sualların cavablandırılması ilə yanaşı, [email protected] elektron poçt ünvanına (mövzu hissəsində təqaüdün adını qeyd etməklə) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:
Ən yeni qiymət cədvəli;
Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən əməkhaqqı göstərilməklə arayış;
Ailə tərkibi haqqında arayış;
Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (linkdəki nümunədən istifadə edərək).
Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.
Bütün sənədlər bir elektron məktubda göndərilməlidir. Əgər hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq birlikdə göndərilməlidir. Əks təqdirdə müraciət qəbul edilməyəcək.
Vacib qeyd: Sualların cavablandırılması zamanı süni intellekt alətlərindən (ChatGPT, Gemini, Copilot, Jasper AI və s.) istifadə olunmamalıdır.
Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.
Son müraciət tarixi
15 dekabr 2026-cı il
Seçim mərhələləri
Təqdim olunan sənədlərin müzakirəsi;
Müraciətlərin qiymətləndirilməsi;
Müsahibə;
Qaliblərin elan olunması.