Hüquq departamentində Sənədlərlə iş üzrə təcrübəçi vakansiyası
Son tarix: 12 Fevral, 2026
Bakı, Azərbaycan
Tam iş günü
ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Hüquqi sənədlərlə iş, mövcud müqavilə bazası ilə işləmək, bazanı qorumağı öyrənmək.
• Müqavilələrin tərtibi, rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin təşkili.
• Müqavilələrin sistem üzrə arxivləşdirilməsi və qeydiyyatının aparılması.
• Sənəd tərtibatının təmin edilməsi.
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
• Ali təhsil.
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq.
• Komputer bilikləri: Word, Excel, Outlook proqramlarında işləmək bacarığı.
PEŞƏKARLIQ BACARIQLARI:
• Aktiv, məsuliyyətli və nəticə yönümlü işləmək bacarığı.
• Vaxtın idarə edilməsi.
• Yüksək kommunikasiya bacarıqları.
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq.
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşa bilmək.
Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Hüquq departamentində Sənədlərlə iş üzrə təcrübəçi" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.